Bank Of Baku

Kreml: Rusiya Taxıl Sazişi ilə bağlı qərarını vaxtında açıqlayacaq

Kreml: Rusiya Taxıl Sazişi ilə bağlı qərarını vaxtında açıqlayacaq
# 05 iyul 2023 13:55 (UTC +04:00)

Rusiya Taxıl Sazişi ilə bağlı qərarını vaxtında açıqlayacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hələlik bu qərarın açıqlanmasına vaxt var.

"Rusiya Federasiyasının ixracı ilə bağlı taxıl sövdələşməsinə dair razılaşmaların bir hissəsinin icra olunçası üçün hələ vaxt var", - Peskov vurğulayıb.

Qeyd edək ki, sonuncu dəfə mayın 17-də İstanbulda aparılan danışıqlardan sonra 60 gün müddətinə uzadılan Taxıl Sazişinin müddəti iyulun 17-də bitir. Rəsmi Moskva Qərbi sazişin öhdəlikərini yerinə yetirməməkdə və BMT-ni buna göz yummaqda ittiham edərək taxıl sövdələşməsinin uzadılması üçün heç bir əsasın olmadığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR