Rusiya və Ukrayna nümayəndələrinin danışıqları gün ərzində davam edəcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Danışıqlar bu gün davam etməlidir. İndi danışıqların gedib-getmədiyini bilmirəm, amma bu gün bu və ya digər istiqamətdə danışıqlar getməlidir”, - o əlavə edib.
Peskovun sözlərinə görə, Rusiya nümayəndə heyəti bütün sutka ərzində danışıqlara hazırdır.
“Təəssüf ki, analoji həvəsi Ukrayna tərəfdə görmürük”, - Kremlin sözçüsü qeyd edib.