Bank Of Baku

Kreml: Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar çox konstruktiv keçib

Kreml: Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar çox konstruktiv keçib
# 04 sentyabr 2023 16:41 (UTC +04:00)

Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar çox konstruktiv keçib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Soçidə baş tutan Vladimir Putin-Rəcəb Tayyip Ərdoğan arasında geniştərkibli görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, nazirlərin məruzələri istiqamətində danışıqlar çox konstruktiv keçib, məlumatların tam mübadiləsi və "saatların sinxronizasiyası" olub:

"Əməkdaşlığın bütün istiqamətləri üzrə ətrafı təhlil aparılıb. Hazırda görüş təkbətək formatda davam edir".

Peskov Putin və Ərdoğan danışıqlarının yekunları ilə bağlı hər hansı sənədin imzalanmasının planlaşdırılmadığını da söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR