Bank Of Baku

Kreml: Rusiya xilasediciləri Qəzzada MDB vətəndaşlarına da kömək edir

Kreml: Rusiya xilasediciləri Qəzzada MDB vətəndaşlarına da kömək edir
# 15 noyabr 2023 13:56 (UTC +04:00)

Rusiya xilasediciləri İsrail-Fələstin münaqişəsi zonasında təkcə Rusiya vətəndaşlarına deyil, həm də MDB və digər ölkələrin vətəndaşlarına kömək edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Qəzza zolağından vətəndaşların təxliyəsi üzrə işlər davam edir.

Kremlin sözçüsü vurğulayıb ki, təxliyə həm Fövqəladə Hallar Nazirliyi, həm də diplomatlar üçün asan iş deyil.

Peskov Rusiya Prezidenti Vladimir Putin Misir Prezidenti ilə Əbdülfəttah əs-Sisi ilə dünən baş tutan telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsinin həllində vasitəçilik imkanlarını müzakirə etmədiyini də söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR