Bank Of Baku

Kreml: Rusiyada real defolt üçün əsas yoxdur

Kreml

© APA | Kreml

# 06 aprel 2022 15:04 (UTC +04:00)

Rusiyada real defolt üçün əsas yoxdur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu vəziyyətin Qərb tərəfindən süni şəkildə yaradıldığını söyləyib.

Peskovun sözlərinə görə, xarici valyutada Rusiya avrobondları üzrə ödənişlərin bloklanması davam edərsə, Moskva ödənişi rublla edəcək: "Ətraflı məlumat üçün Mərkəzi Banka müraciət etmək daha yaxşıdır, lakin bir daha deyirəm ki, Rusiya borclarını ödəmək üçün bütün lazımi resurslara malikdir".

Kremlin sözçüsü Rusiya ehtiyatlarının əhəmiyyətli hissəsinin xarici ölkələrdə bloklandığını xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR