Bank Of Baku

Kreml: Rusiyada yeni səfərbərlik dalğası planlaşdırılmır

Kreml: Rusiyada yeni səfərbərlik dalğası planlaşdırılmır
# 13 fevral 2023 13:50 (UTC +04:00)

Rusiyada yeni səfərbərlik dalğası planlaşdırılmır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ səfirliyinin mümkün səfərbərliyə görə vətəndaşlarını Rusiyanı tərk etməyə çağırması ilə bağlı xəbərləri şərh edərkən bildirib.

“Bu cür çağırışları birinci dəfə deyil ki, eşidirik. Ona görə də bu, yenilik deyil. Orada ikili vətəndaşlığı olan şəxslər qeyd edilib. Həmin vətəndaşlar ikinci ölkəsindən asılı olmayaraq bizim üçün ilk növbədə Rusiya vətəndaşlarıdır "deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ səfirliyi xəbərdarlıq hazırda Rusiyada olan vətəndaşlarının təcili olaraq ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib. Səfirlikdən bildirilib ki, Rusiya hakimiyyəti amerikalıların Rusiyada ikili vətəndaşlığının tanınmasından imtina edə və onların ölkəni tərk etməsinə mane ola və səfərbərliyə cəlb edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR