Rusiya ABŞ-ın sanksiyaya məruz qalan rusiyalı iş adamlarının müsadirə olunmuş vəsaitlərini Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə dəstək vermək üçün göndərmək qərarını qanunsuz hesab edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ABŞ-ın sanksiyaya məruz qalan iş adamlarının müsadirə olunmuş vəsaitlərini Ukrayna Silahlı Qüvvələrinə dəstək vermək üçün göndərmək cəhdləri "hüquqi nonsens"dir:
"Moskva ABŞ-ın bu addımını cavabsız qoymayacaq. Rusiya vəsaitlərinin xaricdə qeyri-qanuni tutulub saxlanılması ilə bağlı hər bir hal ciddi məhkəmə prosedurlarına səbəb olacaq".