Kremldə hər hansı Rusiya təyyarəsinin Ukrayna qüvvələri tərəfindən vurulması ilə bağlı məlumat yoxdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin Rusiya Silahlı Qüvvələrinin A-50 və İl-22 təyyarələrini vurduğu ilə bağlı məlumatları şərh edərkən bildirib.
"Xeyr, heç bir məlumat yoxdur. Bu, xüsusi hərbi əməliyyatın gedişatına aid olan mövzudur", - deyə Kremlin sözçüsü bu məlumatı Rusiya Müdafiə Nazirliyi ilə dəqiqləşdirməyi tövsiyə edib.
Qeyd edək ki, Ukrayna mətbuatı Azov dənizi üzərində Rusiya məxsus A-50 kəşfiyyat təyyarəsinin vurulduğunu, İl-22 təyyarəsinin də ziyan gördüyünü yazıb.