Bank Of Baku

Kreml: Rusiyanın START müqaviləsində iştirakını dayandırmaq qərarı parlament tərəfindən təsdiqlənməlidir

Kreml: Rusiyanın START müqaviləsində iştirakını dayandırmaq qərarı parlament tərəfindən təsdiqlənməlidir
# 21 fevral 2023 19:23 (UTC +04:00)

Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakını dayandırmaq qərarı Rusiya parlamenti tərəfindən təsdiqlənməlidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, sənədin operativ şəkildə Vladimir Putin tərəfindən təqdim ediləcəyini söyləyib.

Peskov əlavə edib ki, Rusiya Federasiyası ABŞ-ı START müqaviləsində iştirakın dayandırılması ilə bağlı əvvəlcədən xəbərdar etməyib, onlar bunu Putinin parlamentə ünvanladığı müraciətdən öyrəniblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR