Rusiya strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması haqqında - START müqaviləsinin müddəti bitdikdən sonra daha bir il müddətində məhdudiyyətlərə əməl etməyə hazırdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyanın START müqaviləsinə daha bir il əməl etməsi üçün ABŞ-ın da eyni mövqeyi lazımdır.
Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bu ideyanı amerikalı həmkarı Donald Trampla məzmunlu şəkildə müzakirə etməyib, lakin bu barədə xatırlatma olub