Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden yenidən telefon danışığı aparmağı planlaşdırırlar.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Həqiqətən də, Amerika tərəfi prezident Putinlə danışıq istəyib və sabah Moskva vaxtı ilə axşam iki prezident arasında telefon danışığı planlaşdırılır", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Jeyk Sallivan Baydenin Putinlə yenidən danışmaq istədiyini açıqlayıb.