“Sarmat” qitələrarası ballistik raketinin buraxılması məsələsinə münasibət bildirmək Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.
APA xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd olunub ki, Peskov bunu “Sarmat” ballistik raketinin buraxılması ilə bağlı KİV-də dərc olunan xəbərləri şərh edərkən bildirib.
Xatırladaq ki, CNN telekanalı öz mənbələrinə istinadən Rusiyanın "Sarmat" qitələrarası ballistik raketini sınaqdan keçirdiyini və bunun uğursuz olduğunu bildirmişdi.