Bank Of Baku

Kreml sərhəddə sədd çəkməsini Polşanın daxili işi adlandırıb

Kreml sərhəddə sədd çəkməsini Polşanın daxili işi adlandırıb
# 02 noyabr 2022 14:32 (UTC +04:00)

Kreml Polşanın Rusiya ilə sərhəddə sədd çəkməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Polşanın Kalininqrad vilayəti ilə sərhəddə sədd çəkməsini Polşanın daxili işi adlandırıb.

Qeyd edək ki, Polşa Baş nazirinin müavini, müdafiə naziri Mariuş Blaşak ölkəsinin Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi gücləndirməyə başladığını, hündürlüyü 2,5 metr, eni 3 metr olan tikanlı məftilli hasarın tikintisinə başlandığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR