Bank Of Baku

Kreml Si Cinpinin Moskvaya səfərinin tarixini açıqlamayıb

Kreml Si Cinpinin Moskvaya səfərinin tarixini açıqlamayıb
# 13 mart 2023 14:12 (UTC +04:00)

Kreml hələ Çin rəhbəri Si Cinpinin Moskvaya səfərinin tarixini açıqlamağa hazır deyil.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, belə səfərlərin tarixini adətən tərəflərin eyni vaxtda açıqladığını söyləyib: “Bu cür hazırlıq olanda biz məlumat verəcəyik”,- deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Reuters Si Cinpinin gələn həftə Rusiyaya səfər edəcəyi və Prezident Vladimir Putinlə görüş keçirəcəyi barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR