Bank Of Baku

Kreml: Şimali Koreyadan Rusiyaya silah tədarükünə dair heç bir sübut yoxdur

Kreml: Şimali Koreyadan Rusiyaya silah tədarükünə dair heç bir sübut yoxdur
# 17 oktyabr 2023 12:26 (UTC +04:00)

Şimali Koreyadan Rusiyaya silah tədarükünə dair heç bir sübut yoxdur, heç kim iki ölkə arasındakı münasibətlərə müdaxilə edə bilməz.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Britaniya kəşfiyyatının Rusiyanın Şimali Koreyadan silah tədarük etməsi ilə bağlı məlumatını şərh edən Kreml rəsmisi buna dair heç bir sübutun olmadığını söyləyib.

“Təkcə Britaniya kəşfiyyatı deyil, həm də Amerika kəşfiyyatı bu barədə deyir. Onlar bunu hər zaman heç bir sübut təqdim etmədən bildirirlər”, deyə Peskov vurğulayıb.

O, Şimali Koreyanın Rusiyanın ən yaxın qonşusu olduğunu söyləyib. “Biz ən yaxın qonşumuzla qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı münasibətləri davam etdirəcəyik və bu əlaqələri bütün sahələrdə inkişaf etdirəcəyik, bu, bizim suveren hüququmuzdur və hesab edirik ki, heç kimin buna qarışmaq hüququ yoxdur”, deyə Putinin sözçüsü əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR