Hər şey Qərbin mövqeyindən asılı olacaq. Vəziyyət onda dəyişəcək ki, nə vaxt onlar bizim narahatlığımızı diqqətə alacaqlar.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Strateji Hücum Silahlarının azaldılması Müqaviləsində (START) iştirakı ilə bağlı qərara yenidən hansı şərtlərlə baxılması haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, Rusiya üçün öz təhlükəsizliyi ötrü hər şeyi etmək, rəqiblərinin normal dialoq üçün yetişməsinə qədər səbr etmək vacibdir:“ Rusiyanın “START”da iştirakını dayandırması ilə bağlı qərarına Qərbin ilk reaksiyası hələlik danışıqlara ümid etmək imkanı vermir”, deyə Kremlin sözçüsü vurğulayıb.
***
13:21
Qərbli rəqiblərimiz qlobal təhlükəsizlik sisteminin məhvinə görə məsuliyyəti dərk edib ağılları başlarına gəlsə, Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandırmaq qərarına yenidən baxıla bilər.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski bildirib .
"Bir daha diqqətinizi çəkirəm: Rusiya müqavilədən çıxmır, biz iştirakımızı dayandırırıq. Qərar geri qaytarıla bilən xarakteri daşıyır. Qərbli rəqiblərimizin ağılları başlarına gəlsə, və qlobal təhlükəsizlik sisteminin məhvinə görə məsuliyyətlərini dərk etsələr, bu qərara yenidən baxıla bilər”, - deyə rusiyalı parlamentari vurğulayıb.
Qeyd edək ki, bu gün Dövlət Duması Rusiyanın START Müqaviləsində iştirakını dayandırması barədə qanun qəbul edib.