Bank Of Baku

Kreml: Suriya müxalifəti Rusiyanın hərbi bazalarının təhlükəsizliyinə zəmanət verib

Kreml: Suriya müxalifəti Rusiyanın hərbi bazalarının təhlükəsizliyinə zəmanət verib
# 08 dekabr 2024 22:15 (UTC +04:00)

Silahlı Suriya müxalifətinin liderləri Rusiyanın Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS Kremldəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, 2000-ci ildən Suriya prezidenti olan Bəşər Əsəd dünən, dekabrın 7-də silahlı müxalifət tərəfindən devrilib.

Əsəd prezident postunu və Suriyanı tərk edib. Onun təyyarə qəzasında həlak olduğuna dair müxtəlif məlumatlar yayılıb.

Lakin axşam saatlarında TASS Kremlə istinadən Rusiyanın Əsədə sığınacaq verdiyini və Bəşər Əsədin ailəsi ilə birlildə Moskvada olduğu haqqında məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR