Bank Of Baku

Kreml Surovikinin həbs olunması ilə bağlı yayılan məlumatları şərh etməyib

Kreml Surovikinin həbs olunması ilə bağlı yayılan məlumatları şərh etməyib
# 29 iyun 2023 14:30 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Ali baş komandan kimi ilk növbədə Müdafiə Nazirliyi və Baş Qərargahın rəhbərləri ilə işləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Putinin Ukraynada cəbhə zonasındakı Rusiya qoşun qruplaşmasının komandan müavini, ordu generalı Sergey Surovikinə etimad göstərməyə davam edib-etməməsi ilə bağlı suala cavabında bildirib.

Peskov Surovikinlə bağlı sualları cavablandırmaqdan imtina edərək onları Müdafiə Nazirliyinə yönləndirib.

Qeyd edək ki, Rusiyanın müxalif, qərbyönümlü KİV-ləri Surovikinin “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin qiyam planlarından əvvəlcədən xəbərdar olduğunu, iyunun 25-də isə həbs olunduğunu yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR