Kreml: “Taliban”ın hüquqi statusuna yenidən baxılmasından danışmaq hələ tezdir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 30 avqust 2021 15:40 (UTC +04:00)

“Taliban” hərəkatının hüquqi statusuna yenidən baxılmasından danışmaq hələ tezdir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Hələlik məsələnin bu cür qoyuluşu tezdir. Bilirsiniz ki, həm Prezident Putin, həm də Xarici İşlər Nazirliyi Əfqanıstanda formalaşacaq rəhbərliyin ilk addımlarına baxmağa meylli olduqlarını bildiriblər. Gəlin unutmayaq ki, indiyə qədər ölkədə idarəçilik formalaşmayıb”, - deyə Kremlin sözçüsü “Taliban”ın hüquqi statusuna yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala cavabında bildirib.

O xatırladıb ki, hələlik Əfqanıstandan xaricilərin və vətənlərini tərk etmək arzusunda olan əfqanların təxliyə prosesi gedir: “Əfqanıstan ərazisində terrorçu qrupların və ünsürlərin olması ilə əlaqədar təhlükəli bir proses gedir. Bu səbəbdən “Taliban” hərəkatının ilk addımlarının nə olacağını görmək çox vacibdir. Sonra bəzi nəticələr çıxara bilərik”.

Qeyd edək ki, “Taliban” Rusiyada qanunvericiliklə fəaliyyəti qadağan edilmiş terrorçu təşkilat hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR