Bank Of Baku

Kreml: Talibanla dialoq aparırıq

Kreml: Talibanla dialoq aparırıq
# 02 aprel 2024 14:24 (UTC +04:00)

Rusiya Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı ilə dialoq aparır, çünki aktual məsələləri həll etmək lazımdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Taliban ölkə faktorudur.

"Fakt budur ki, bu, bizim yanımızda olan ölkənin faktorudur. Bu və ya digər şəkildə onlarla ünsiyyət qururuq. Biz aktual məsələləri həll etməliyik. Bu da dialoq tələb edir. Əslində hamı kimi biz də onunla ünsiyyətdə oluruq. Onlar Əfqanıstanda "defakto" hakimiyyətdədirlər", - deyə Kremlin sözçüsü Talibanla təmaslarla bağlı sualı cavablandırarkən bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR