Bank Of Baku

Kreml “Taxıl sazişi”nin bərpası ilə bağlı irəliləyişin olmadığını bildirib

Kreml “Taxıl sazişi”nin bərpası ilə bağlı irəliləyişin olmadığını bildirib
# 12 sentyabr 2023 14:07 (UTC +04:00)

“Taxıl sazişi” dayanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Qara dəniz taxıl təşəbbüsünün bərpa olunması ilə bağlı heç bir irəliləyiş yoxdur: “Saziş “stop”dadır və onun bərpası ilə bağlı hansısa irəliləyiş yoxdur”.

Qeyd edək ki, Ukrayna taxılının Qara dənizdəki limanlardan təhlükəsiz daşınması ilə bağlı imzalan “Taxıl sazişi” bu ilin iyulun 18-də Rusiya tərəfindən dayandırılıb. Rəsmi Moskva sazişi dayandırmasının səbəbi kimi Qərb ölkələrinin razılaşmaların Rusiya hissəsinin yerinə yetirmədiyini açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 4-də Soçidə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla danışıqlarının yekununda sazişin Rusiyanın tələbləri ilə bağlı hissəsi yerinə yetirilən gün “Taxıl sazişi”nin bərpa olunacağını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR