“Taxıl sazişi”nin həyata keçirilməsi ilə bağlı problem tam həll olunmasa da mühüm nailiyyətlər var.
APA-nın Moskva müxbiri xəbər verir ki bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”ın efirində deyib:
“İndiyə qədər problem tam həll olunmayıb, baxmayaraq ki, ciddi nailiyyət var. Amma hələ görüləsi işlər qalmaqdadır”.
Onun sözlərinə görə, Moskva, Ankara və BMT buna səy göstərir.