Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanın “kağız pələng” olması ilə bağlı iddiasını rədd edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Kreml rəsmisi Rusiyanın pələng deyil, ayı olduğunu bildirib.
“Rusiya pələng deyil, ayıdır, “kağız ayı” olmur ”, - Putinin sözçüsü Trampın sözlərini şərh edərkən deyib.