Bank Of Baku

Kreml: “Türk axını”nda təxribat törətməyi planlaşdıran diversantlar həbs edilib

Kreml: “Türk axını”nda təxribat törətməyi planlaşdıran diversantlar həbs edilib
# 13 oktyabr 2022 18:45 (UTC +04:00)

“Türk axını” qaz kəmərində təxribat törətməyi planlaşdıran diversantlar saxlanılıb və həbs edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Onlar artıq "Türk axını"na da müdaxilə ediblər. Təxribatçılar ələ keçirilib , bir neçə nəfər həbs edilib, onlar bizim ərazimizdə bizim obyektimizi partlatmaq istəyiblər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov bildirib ki, bu, funksional vəziyyətdə olan, tam yüklənmiş, saat kimi işləyən marşruta müdaxilədir. O, həmçinin qeyd edib ki, bu işdə müəyyən qüvvələrin əli var:

"Putin bu qüvvələrin mümkün mənşəyi ilə bağlı eyhamlar vurub. Bu eyhamları şərh etmək sizin ixtiyarınızdadır", - deyə Kreml sözçüsü əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR