Bank Of Baku

Kreml Ukrayna dronlarının Pskova hücumunu şərh edib

Kreml Ukrayna dronlarının Pskova hücumunu şərh edib
# 30 avqust 2023 14:07 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin xüsusi əməliyyat və Ukraynanın kütləvi dron hücumları ilə bağlı bütün məlumatları daim və operativ şəkildə alır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Pskov hava limanına və hərbi bazaya ötən gecə dron hücumunu şərh edən Rusiya prezidentinin sözçüsü qeyd edib ki, hərbi ekspertlər işləyir, bu cür hücumların qarşısını almaq üçün tədbirlər görmək üçün marşrutlar müəyyənləşdirirlər.

Qeyd edək ki, Rusiya avqustun 29-dan 30-na keçən gecə Ukrayna dronlarının kütləvi hücumuna məruz qalıb. Bu dəfə Pskov vilayətinin hava limanına, hərbi aerodromuna dron hücumu olub. Nəticədə dörd İl-76 təyyarəsinin zədələndiyi, neft anbarı və hərbi hissənin məhv edildiyi bildirilib.

Onu da qeyd edək ki, Pskov Ukrayna Rusiya sərhədindən 700 km məsafədə yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR