Ukrayna münaqişəsinin həllində Rusiyanın guya "Koreya variantı" təklif etməsi şayiədir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiyanın "Koreya varinatı"nı təklif etməsini növbəti şayiə adlandırıb.
Qeyd edək ki, Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Danilov bildirib ki, Rusiya Ukraynaya “38-ci paralel” (Koreyanın Şimali və Cənubi Koreyaya bölünməsi-red.) ssenarisi üzrə müharibənin dondurulması ssenarisini tətbiq etmək istəyir ki, bu da cəbhədə müəyyən edilmiş sərhədlərin müəyyənləşdirilməsini və Ukrayna dövlətinin parçalanmasını nəzərdə tutur.