Belarusdakı Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlara hazırdır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya tərəfi və orda olan Rusiya nümayəndə heyəti danışıqlara tam hazırdır, onlar ukraynalıları gözləyirlər”, -deyə Peskov vurğulayıb.
Bundan əlavə, Peskov bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə rəsmi Kiyevin Qomel vilayətində Moskva ilə danışıqlara hazır olması barədə bəyanatla müraciət edib.
O xatırladıb ki, Lukaşenko bazar günü Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb. “Bundan sonra prezident Lukaşenko Rusiya tərəfinə - prezident Putinə Ukrayna tərəfdən siqnallar daxil olduğu üçün Rusiya nümayəndə heyətini geri çağırmamaq xahişi ilə müraciət edib. Ukrayna tərəfi Qomel vilayətində danışıqlara gəlməyə hazır olduqlarını bildirib".
***
saat 16.53
Ukrayna Belarusun Qomel vilayətində Rusiya ilə danışıqlar aparmağa razılıq verib.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentin köməkçisi Vladimir Medinski bildirib.
O, Rusiya nümayəndə heyətinin Qomelə getdiyini söyləyib.