Bank Of Baku

Kreml: Ukraynada xüsusi əməliyyatın statusunun dəyişdirilməsi planlaşdırılmır

Kreml: Ukraynada xüsusi əməliyyatın statusunun dəyişdirilməsi planlaşdırılmır
# 14 iyun 2023 16:58 (UTC +04:00)

Ukraynada daha təkmil silahlar peyda olduqca, Rusiya təhlükəsizliyi təmin etmək üçün “sanitar sərhədini” geri çəkməli olacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov dünən Rusiya Prezidenti Vladimir Putinin hərbi müxbirlərlə görüşündə Ukraynada sanitar zonanın yaradılmasının mümkünlüyü barədə bəyanatına münasibət bildirərkən deyib.

Peskov Ukraynada xüsusi əməliyyatın statusunun dəyişdirilməsinin mümkünlüyü barədə də danışıb. Bildirib ki, xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi planlaşdırılmır. Onun sözlərinə görə, xüsusi əməliyyat davam edir.

Putinin sözçüsü Kremli xüsusi əməliyyatın “insan hüquqlarının müdafiəsi əməliyyatı” kimi qiymətləndirilməsi ilə razı olduğunu, burada söhbətin Donbas xalqının müdafiəsindən getdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR