Bank Of Baku

Kreml: Ukraynanın “dekommunizasiyası” keçmiş SSRİ respublikalarına aid deyil

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 02 mart 2022 14:26 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın “dekommunizasiya"sı və onun sərhədlərinin formalaşdırılması ilə bağlı bəyanatlarını Qazaxıstan və SSRİ-nin digər keçmiş respublikalarına aid etmək olmaz.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Brifinq zamanı jurnalistlər Peskovdan prezidentin Ukraynanın “dekommunizasiya"sı və onun sərhədlərinin formalaşdırılması ilə bağlı fikirlərinin SSRİ-nin və Qazaxıstanın digər keçmiş respublikalarının sərhədlərinə aid olub-olmadığını soruşublar.

“Xeyr, aid deyil. Biz burada belə bir tarixi müzakirə platforması qura bilmərik... Ümid edirəm ki, gələcək mətbuat konfransları və prezidentin mətbuatla ünsiyyəti zamanı bu əlavə sualları vermək imkanınız olacaq”, - Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR