Kreml danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putinlə həmsöhbətləri arasında böyük məsafənin olmasının dövlət başçısının imicinə təsir edəcəyindən qorxmur.
APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O qeyd edib ki, bu, pandemiya şərtlərinə uyğun olaraq tamamilə müvəqqəti tədbirlərdir.