Bank Of Baku

Kreml "Vaqner"in Baxmutu tərk etməsi ilə bağlı qərarından xəbərdardır

Kreml "Vaqner"in Baxmutu tərk etməsi ilə bağlı qərarından xəbərdardır
# 05 may 2023 12:48 (UTC +04:00)

Kreml "Vaqner" özəl hərbi şirkətinin Ukraynanın Baxmut şəhərini tərk etməsi ilə bağlı qərarından xəbərdardır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, "Vaqner"in Baxmutu tərk etməyə hazırlaşmasından xəbərdar olduqlarını, lakin bu barədə şərh verə bilməyəcəklərini, çünki məsələnin hərbi əməliyyatların gedişinə aid olduğunu söyləyib.

Qeyd edək ki, "Vaqner"in rəhbəri Yevgeni Priqojin video açıqlama ilə çıxış edərək mayın 10-da silahlı qruplaşmanın Baxmutu tərk edəcəyini bəyan edib. O, bu qərarı “Vaqner”in silah-sursatla çatışmazlığı ucbatından verdiyini və bunda Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu günahlandırdığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR