Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib

Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib
# 27 sentyabr 2023 15:05 (UTC +04:00)

Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını söyləyib.

Kreml erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib.

“Yox, məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm... Onun saxlanmasından xəbərim yoxdur. Kim saxlanılıb, ümumiyyətlə saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı bilmirəm”, - Kremlin sözçüsü Vardanyanın saxlanması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Eyni zamanda o əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiyada onun hüquqları qorunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR