Bank Of Baku

Kreml Zelenskinin keçmiş müşaviri Arestoviçin təklifinə münasibət bildirib

Aleksey Arestoviç

© APA | Aleksey Arestoviç

# 07 oktyabr 2025 14:35 (UTC +04:00)

Kreml Ukrayna Prezidentinin keçmiş müşaviri Aleksey Arestoviçin “Ukraynanın dörd regionunun və Krımın rəsmi tanınma olmadan” Rusiyaya verilməsi təklifinə münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Arestoviçin fikirlərinin Ukrayna hakimiyyətinin rəsmi mövqeyini əks etdirmədiyini deyib.

Konkret məsələlər üzərində çalışdıqlarını vurğulayan Peskov Kiyevlə bu konkret məsələlərlə bağlı danışıqlarda ciddi fasilə yarandığını qeyd edib.

“Bu, bizim günahımız ucbatından olmayıb”, - Kremlin sözçüsü əlavə edib.

Qeyd edək ki, Arestoviç rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində Ukraynanın dörd regionunu (Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri) və Krımı rəsmi tanınma olmadan Rusiyaya verilməsi ideyası ilə razılaşıb.

Xatırladaq ki, Arestoviç Ukraynanı tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR