Bank Of Baku

Kremldə Putin-Lukaşenko danışıqları başa çatıb - YENİLƏNİB

Aleksandr Lukaşenko, Vladimir Putin

© APA | Aleksandr Lukaşenko, Vladimir Putin

# 18 fevral 2022 17:42 (UTC +04:00)

Moskvada Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüş başa çatıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Kremldə keçirilən danışıqlar 2,5 saatdan çox çəkib.

Jurnalistlərə açıqlama verən iki ölkə lideri danışıqları konstruktiv adlandırıblar, Müttəfiq Dövləti çərçivəsində Rusiya ilə Belarus arasında inteqrasiya proseslərinin dərinləşdirilməsini müzakirə etdiklərini vurğulayıblar.

***

15:36

Moskvada Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüş keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən danışıqlarda çıxış edən Putin belaruslu həmkarı ilə iki ölkə arasında hərbi əməkdaşlığın necə getdiyini qiymətləndirəcəklərini söyləyib.

Qeyd edək ki, Putin-Lukaşenko danışıqları Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR