Bank Of Baku

Kremldə Putinlə Mirziyoyev arasında görüş keçirilir

Kremldə Putinlə Mirziyoyev arasında görüş keçirilir
# 06 oktyabr 2023 16:02 (UTC +04:00)

Moskvada Rusiya və Özbəkistan prezidentləri arasında görüş başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Vladimir Putinlə Şavkat Mirziyoyev arasında danışıqlar Kremldə keçirilir.

Görüşün protokol hissəsində çıxış edən Putin iki ölkə arasında münasibətlərin çox uğurla inkişaf etdiyini söyləyib.

"Biz münasibətlərimizin yüksək səviyyəsini və xarakterini təsdiqləyirik. Rusiya Özbəkistanla ticarət dövriyyəsində inamla birinci yerdə qərarlaşıb. Biz beynəlxalq arenada, BMT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət göstəririk. Biz tezliklə MDB sammitində yenidən görüşəcəyik", deyə Putin vurğulayıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR