Bank Of Baku

Kremldə sanitar məhdudiyyətlər Putinə yeni səfirlərlə şəxsən danışmağa imkan verməyib

Kremldə sanitar məhdudiyyətlər Putinə yeni səfirlərlə şəxsən danışmağa imkan verməyib
# 05 aprel 2023 17:18 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin etimadnamə təqdimatı mərasimində xarici ölkə səfirlərinə sanitar rejim qüvvədə olduğundan onlarla şəxsən danışmağın mümkün olmayacağını bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu gün Kremldə keçirilən Rusiyaya yeni təyin olunmuş ABŞ, Avropa İttifaqı, Suriya, Danimarka, Norveç, İraq və Abxaziya (tanınmamış-red) səfirlərinin etimadnaməsini qəbulu mərasimində çıxış edən Putin xarici diplomatların təmsil etdiyi ölkələrlə Rusiya arasındakı münasibətlərin hazırkı səviyyəsindən danışıb.

Putin səfirlərlə şəxsən danışmağın mümkün olmayacağını söyləyib

"Təəssüf ki, mərasimimiz burada başa çatır, çünki sanitar məhdudiyyətlər hələ də qüvvədədir. Sizinlə şəxsən danışa bilməyəcəyik, amma işiniz zamanı əminəm ki, belə bir fürsət çox olacaq", deyə Putin əlavə edib.

Qeyd edək ki, pandemiyaya qədər ki dövrdə xarici ölkə səfirlərinin etimadnaməsinin qəbuletmə mərasimində Rusiya Prezidenti hər bir səfirlə görüşüb qısa söhbət aparırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR