Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynadakı əməliyyat zonasına səfəri ilə bağlı məlumat yoxdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Belə məlumat yoxdur. Məncə, o, birbaşa harada olduğunu təsdiq etməyib. Bununla bağlı heç bir təsdiq yoxdur”, - Kremlin mətbuat katibi Kadırovun Ukraynada əməliyyat zonasında olub-olması ilə bağlı sualları Çeçenistan administrasiyasına yönləndirməyi xahiş edib.