Bank Of Baku

Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa edilib

Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa edilib
# 21 iyul 2023 01:23 (UTC +04:00)

Qısamüddətli məhdudiyyətdən sonra Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa olunub.

APA xəbər verir ki, bu barədə Operativ Qərargahın "Telegram" kanlaı məlumat yayıb.

Körpüdə nəqliyyatın hərəkəti hava hava həyacanı siqnalına görə qısamüddətli bağlandıqdan sonra bərpa edilib.

"Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa edilib", - deyə məlumatda deyilir.

Cümə axşamı axşam saatlarında operativ qərargahın Telegram kanalı Krım körpüsünün müvəqqəti bağlanması və hər kəsə körpünü tərk etməyi əmr edən hava hücumu siqnalı barədə məlumat yayıb.

Xatırladaq ki, Rusiya Milli Antiterror Komitəsi iyulun 17-də Krım körpüsündə terror aktı həyata keçirildiyini açıqlayıb.

Qeyd olunub ki, Krım körpüsünə hücum saat 03.05-də Ukraynanın iki pilotsuz suüstü aparatı tərəfindən həyata keçirilib. Nəticədə körpünün avtomobil yolu hissəsi zədələnib. iki nəfər ölüb, bir azyaşlı yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR