Bank Of Baku

Krım körpüsündə partlayışda şübhəli bilinən daha üç nəfər həbs edilib

Krım körpüsündə partlayışda şübhəli bilinən daha üç nəfər həbs edilib
# 17 oktyabr 2022 14:06 (UTC +04:00)

Moskvanın Basmannı rayon məhkəməsi Krım körpüsündəki partlayışda şübhəli bilinən daha üç nəfəri həbs edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, barələrində dekabrın 8-dək həbs-qətiimkan tədbiri seçilən Aleksandr Bılin, Oleq Antipov və Dmitri Tyajelaxdır.

İstintaq Komitəsi partlayışda 12 nəfərin iştirak etdiyini hesab edir. Onlardan 8-i artıq həbs edilib. Onlardan beşi Rusiya, üçü Ermənistan və Ukrayna vətəndaşıdır.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayışın təşkilatçıları kimi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini, şəxsən onun rəhbəri Kirill Budanovu, əməkdaşlarını və agenturasını göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR