Bank Of Baku

Krımda fövqəladə vəziyyət elan olunub

Krımda fövqəladə vəziyyət elan olunub
# 27 noyabr 2023 11:49 (UTC +04:00)

Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımda güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Krım rəhbəri Sergey Aksenov bildirib.

Onun sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar bir günlük istirahət günü tətbiq olunub.

Qeyd edək ki, dünəndən başlayaraq yarımadada müşahidə olunan fırtınalı külək Krımın yarım milyon sakini elektrik enerjisiz qoyub. Qasırğa bir nəfərin ölümünə səbəb olub.

Krımda, içməli suyun tədarükündə də fasilələr yaranıb.

Krımdakı qasırğa küləyinin sürətinin saatda 144 km-ə çatdığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR