Bank Of Baku

Krımda Rus Pravoslav Kilsəsinin rəhbərinə qarşı terror aktının qarşısını alıb

Krımda Rus Pravoslav Kilsəsinin rəhbərinə qarşı terror aktının qarşısını alıb
# 28 fevral 2025 09:45 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Krımda Rus Pravoslav Kilsəsinin rəhbəri mitropolit Tixona qarşı terror aktının qarşısını alıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qurum əməkdaşları Moskvada iki nəfəri – bir ukraynalı və bir rusiyalı şəxsi saxlayıblar. Onlar Simferopol və Krım mitropoliti Tixona (Georgi Şevkunov) qarşı terror aktı hazırlamaq üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər.

Terror aktını hazırlayan şəxslərin mitropolit Tixonun köməkçisi Denis Popoviç və Sokolniki kilsəsini keşişi Nikita İvankoviç olduğu bildirilib. Ukrayna kəşfiyyatının onları ailələri ilə hədələdikləri qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR