Bank Of Baku

Kseniya Sobçakın evində axtarış aparılır

Kseniya Sobçakın evində axtarış aparılır
# 26 oktyabr 2022 12:21 (UTC +04:00)

Rusiyalı tanınmış jurnalist və teleaparıcı Kseniya Sobçakın evində axtarış aparılır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları Sobçakın Moskva vilayətindəki evində axtarış aparırlar. Axtarışın Sobçakın kommersiya direktoru ilə bağlı iş üzrə aparıldığı qeyd olunub.

Qeyd edək ki, Sobçakın kommersiya direktoru Kirill Suxanov bir müddət əvvəl həbs olunub. O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR