Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov 12-13 fevral tarixlərində Belarus Respublikasında səfərdə olacaq.
APA xəbər verir ki,bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
Bildirilib ki, bu, İmanqali Tasmaqambetovun KTMT-nin yüksək vəzifəli şəxsi kimi Minskə ilk səfəri olacaq.
Qeyd edək ki, Belarus Respublikası bu il KTMT-yə sədrlik edir.