Bank Of Baku

KTMT-də hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə edilib

KTMT-də hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə edilib
# 20 aprel 2023 18:06 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Hərbi Komitəsi videobağlantı vasitəsilə təşkilata üzv ölkələr arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edib.

APA “Sputnik”ə istinadən xəbər verir ki, görüş zamanı KTMT regionlarında hərbi-siyasi vəziyyətə dair fikir mübadiləsi aparılıb, hərbi əməkdaşlığının inkişafı və təkmilləşdirilməsinin aktual məsələləri müzakirə edilib.

Hərbi komitənin iclasına RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov rəhbərlik edib.

Tədbirdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan silahlı qüvvələrinin baş qərargahlarının nümayəndə heyətləri, həmçinin Birləşmiş Qərargahın və KTMT Katibliyinin nümayəndələri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR