Bank Of Baku

KTMT Ermənistana sülhməramlı göndərməyi planlaşdırmır - VİDEO

KTMT Ermənistana sülhməramlı göndərməyi planlaşdırmır - VİDEO
# 15 sentyabr 2022 12:03 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gedəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu KTMT-nın Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bildirib.

Eyni zamanda o əlavə edib ki, Ermənistanla Azərbaycan sərhədində güc tətbiqindən söhbət getmir.

"Təşkilat münaqişənin sülh yolu ilə həllinə ümid edir", - deyə Sidorov vurğulayıb.

Onun sözlərinə görə, missiyanın göndərilməsi təklifi Putin tərəfindən irəli sürülüb və təşkilata üzv olan bütün dövlətlər tərəfindən dəstəklənib. Hələlik Ermənistana KTMT sülhməramlı kontingentinin göndərilməsindən söhbət getmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR