KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirmək və dövlət başçılarına hesabat hazırlamaq üçün baş katib Stanialav Zasın başçılığı ilə təşkilatın missiyasını Ermənistana göndərmək barədə razılığa gəlib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə KTMT katibliyi məlumat yayıb.
***
23.02
KTMT təşkilatın baş katibi Stanislav Zası Ermənistan və Azərbaycan sərhədinə göndərməyə hazırlaşır.
APA-nın Moskva müxbiri xəbər verir ki, KTMT baş katibinin münaqişə zonasına getməsi təşkilata üzv ölkələrin rəhbərlərinə ətraflı hesabatın hazırlanması üçün təklif edilib.
Bundan əlavə, vəziyyəti təhlil etmək üçün işçi qrupu yaradılacaq.