Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edib.
APA-nın "Sputnika Armenia"ya istinadən verdiyi xəbərə görə, KTMT-nin Baş katibi avqustun 9-10-da İrəvanda səfərdə olacaq.
İki günlük səfər çərçivəsində S. Zas Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər nazirinin səlahiyyətlərini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşəcək.