Qırğızıstanın İssık-Kul vilayətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin “Birgə fəaliyyət-2024” təlimlərinin aktiv mərhələsi başlayıb.
APA-nın xəbərinə görə, manevrlərdə Qırğızıstanda daxil olmaqla, Rusiya, Belarus, Qazaxıstan və Tacikistandan ümumilikdə 1500 nəfərlik şəxsi heyət iştirak edir.
Xatırladaq ki, KTMT-nin üzvü olan Ermənistan budəfəki təlimlərə qatılmayıb.