Bank Of Baku

KTMT-nin Qırğızıstanda keçiriləcək təlimlərinin vaxtı dəyişib

KTMT-nin Qırğızıstanda keçiriləcək təlimlərinin vaxtı dəyişib
# 13 oktyabr 2022 16:23 (UTC +04:00)

Qırğızıstanda keçirilməsi planlaşdırılan təlimlərin vaxtının dəyişdirilməsi heç də onu deməyə əsas vermir ki, Qırğızıstan KTMT-dən uzaqlaşır.

APA TASS-a istinadən xəbər verir ki, bunu Qırğızıstan Təhlükəsizlik Şurasının sədri Marat İmankulov deyib.

“Təlimlərə hazırlıq 99.9 faiz yekunlaşmış olsa da, biz təlimin vaxtını dəyişdik. Bu qərardan sonra bizim KTMT-dən imtina etməyimiz barədə xəbərlər yayıldı. Belə bir məsələ yoxdur və bu qurum bizə çox lazımdır. KTMT bizi terror təhlükəsindən qoruyur və milli təhlükəsizlik maraqlarımıza cavab verir”, - o qeyd edib.

İmankulov vurğulayıb ki, KTMT tərəfindən də təlimlərin ləğvi ilə bağlı qərar anlayışla qarşılanıb.

Xatırladaq ki, Qırğızıstanın İssık-Kul vilayətindəki “Edelveys“ poliqonunda “Sarsılmaz Qardaşlıq-2022” adı altında, 10-14 oktyabr tarixlərində hərbi təlimlərin keçirilməsi planlaşdırılırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR