Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndələri Brestdəki görüşdə təşkilatın birgə hərbi təlimlərinin planlarını razılaşdırıblar.
APA BELTA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, iyunun 6-dan 8-dək Brestdə KTMT nümayəndələri təşkilatın kollektiv çevik reaksiya qüvvələri ilə “Qarşılıqlı fəaliyyət-2023” birgə təliminin təşkili və keçirilməsini müzakirə ediblər. Bir sıra digər təlimlərin təşkili və keçirilməsi də müzakirə olunub.